“Türkiyə və Rusiyadan kömək istəyəcək, üsyana qalxacağıq” – Qaqauz muxtariyyətinin rəhbəribackend

“Türkiyə və Rusiyadan kömək istəyəcək, üsyana qalxacağıq” – Qaqauz muxtariyyətinin rəhbəri

“Moldova rəhbərliyi ölkəni Rumıniya ilə birləşdirmək qərarına gəlsə, Qaqauz muxtar qurumu Rusiyadan kömək istəyəcək”.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə Moldavanın tərkibindəki Qaqauz muxtariyyatının rəhbəri Yevgeniya Qutsul çıxış edib.

Onun sözlərinə görə, Moldova Rumıniya ilə birləşmək niyyətini rəsmiləşdirsə, buna etiraz edəcəklər:

“Hökumət və prezident Sandu bu addımı atsa, xalq üsyan edəcək. Çünki Moldova Rumıniyadan daha erkən yaranıb”.

Qutsul qeyd edib ki, Qaqauz muxtariyyəti yardım üçün beynəlxalq tərəfdaşlara, o cümlədən Rusiya və Türkiyəyə müraciət etməyi planlaşdırır.

“Biz bütün beynəlxalq təşkilatlara, BMT-yə müraciət edəcəyik ki, Qaqauziyadakı xalqın səsi eşidilsin”, – deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Hutsul Kişinyovun Rumıniya ilə birləşmə prosesinə başlayacağı təqdirdə Qaqauz muxtariyyətinin Moldovadan ayrılacağı ilə bağlı xəbərdarlıq edib.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*