Türkiyədə illik inflyasiya azalmağa başladıbackend

Türkiyədə illik inflyasiya azalmağa başladı

Türkiyədə illik inflyasiya iyun ayında 71,6%-ə enib.

KONKRET.az bu barədə Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir.

May ayında bu rəqəm 75,45 % təşkil edib.

Məlumata görə, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 1,64%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 24,73% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 51,20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 107,11% ilə təhsil sektoru olub. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*