Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti – Videobackend

Türkiyədə koronavirusdan müalicə olunan həmyerlimizin son vəziyyəti - Video

Türkiyədə koronavirusa yoluxanların sayı 5698-ə, ölənlərin sayı isə 92-yə yüksəlib.

KONKRET.az Real TV-yə istinadən bildirir ki, virusa yoluxanların arasında bir soydaşımız da var. Canlı bağlantıya qoşulan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim onun vəziyyəti barədə danışıb.

“O, hal-hazırda xəstəxanadadır. Şükürlər olsun ki, vəziyyəti qənaətbəxşdir. Biz davamlı olaraq onun özü ilə də, xəstəxana ilə də əlaqədəyik. Deyirlər ki, çox güman ki, onu martın 30-da artıq xəstəxanadan çıxaracaqlar və evinə gedə biləcək”, – deyə səfir bildirib.

X.İbrahim səfirlik əməkdaşlarının xüsusi rejimdə işlədiyini də əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*