Türkiyənin Van bölgəsində yenə qar uçqunu baş verib.
KONKRET.az-ın “hurriyet”ə istinadən xəbərinə görə, ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə qrupları (UMKE) və digər xilasetmə briqadası təbii fəlakətlə üzləşib.
Rayonun bələdiyyə sədri Meki Arvas bildirib ki, əraziyə 300 xilasedici cəlb edilib. Bu zaman orada qar uçqunu baş verib. Nəticədə, 50 nəfər və 5 avtomobil uçqun altında qalıb. 25 nəfər sağ çıxarılıb.
Xatırladaq ki, ötən gün sözügedən ərazidə baş vermiş qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib.




