Türkiyədə terrora hazırlaşan qadın saxlanıldı – FOTObackend

Türkiyədə terrora hazırlaşan qadın saxlanıldı - FOTO

Türkiyədə terror aktına hazırlaşan PKK/KCK qruplaşmasının üzvü Gülda Bebek Konyada keçirilən əməliyyatla saxlanılıb.

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, İranda PKK/KCK terror təşkilatının tərkibində xüsusi təyinatlı kimi fəaliyyət göstərən “Xweza Lilaw” kod adlı terrorçunun 2022-ci ildə Türkiyəyə daxil olduğu öyrənilib.

Onun Konyanın Meram rayonundakı ünvanda gizləndiyi və təşkilat rəhbərliyindən hücum üçün təlimat gözlədiyi müəyyən edilib.

Türkiyə Milli Kəşfiyyat İdarəsi tərəfindən müəyyən edilən ünvanda əməliyyat keçirilib. Terrorçu fevralın 23-ü axşam saatlarında saxlanılıb. Mənzildə aparılan axtarışda tapança, 2 maqazin, 31 patron və bomba istehsalında istifadə olunan materiallar ələ keçirilib.

Terrorçunun Taksimdə 6 nəfərin həyatını itirdiyi eyni hücumu həyata keçirmək üçün son hazırlıqları gördüyü müəyyən edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*