Türkiyədə baş verən zəlzələlərdə ölənlərin sayı 43 mini ötüb.
KONKRET.az xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
“Bu zəlzələlərdə ölənlərin sayı 43 min 556-dır. Bu, az rəqəm deyil. Biz həyatını itirən hər bir vətəndaşımız qarşısında məsuliyyət daşıyırıq”, – deyə nazir bildirib.
