backend

Türkiyədəki zəlzələdə ölən azərbaycanlıların sayı 6-ya çatdı

Türkiyədə baş verən dağıdıcı zəlzələdə 6 azərbaycanlı həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Qeyd olunub ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.

“Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb. Allah rəhmət eləsin!”, – deyə nazirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*