Türkiyənin bir neçə ölkədəki səfirləri dəyişib.
KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
Sərəncamlara əsasən, ölkənin Böyük Britaniya, İran, Qazaxıstan, Qana, Anqola, Efiopiya və Portuqaliyadakı səfirləri geri çağırılıb, onların yerinə yeniləri təyin edilib.
