Türkiyənin Sivas şəhərində zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, Sivasın Gürün rayonunda yerli saatla 20:19-da 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin yerin təxminən 5,3 kilometr dərinliyində baş verdiyi bildirilir.
