Türkiyənin məşhur sənətçisi vəfat etdi – FOTObackend

Türkiyənin məşhur sənətçisi vəfat etdi - FOTO

Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan yanvarın 13-də 62 yaşında İstanbuldakı evində vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, B.Çaçan 1960-cı il oktyabrın 17-də Türkiyənin Ağrı əyalətinin Eleşkirt rayonunda anadan olub. 1978-ci ildə “TRT Ərzurum” radiosunun keçirdiyi müsabiqənin qalibi olub. Bundan sonra Ankaraya, oradan isə İstanbula gedib. 1981-ci ildə ilk musiqi albomunu buraxıb. Həmin albomda “Səfa gəldin”, “Mən yarıma nələr alayım?”, “İpək yaylıq”, “Ayaz gecələr”, “Yağ yağmur” və “Vurun dalğalar” adlı mahnılar yer alıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*