Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdibackend

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla birlikdə olmağa davam edəcəyik”, – paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*