“Türkiyənin rolu çox böyükdür” – Ukraynalı nazir Ankaraya TƏŞƏKKÜR ETDİbackend

"Türkiyənin rolu çox böyükdür” - Ukraynalı nazir Ankaraya TƏŞƏKKÜR ETDİ

Ankara və Kiyev taxıl sazişinin icrasını müzakirə edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi Ukrayna limanlarından təhlükəsiz taxıl və ərzaq tədarükünə dair sazişlərin icrasını yüksək qiymətləndirib.

İyulun 22-də İstanbulda imzalanan Taxıl Dəhlizi Sazişi tarixi hadisədir. Biz qlobal ərzaq böhranının mənfi təsirlərini yumşaltmağa kömək etməkdən məmnunuq. Türkiyə üçün prioritet atəşkəs haqqında razılığa gəlmək, ədalətli və davamlı sülhə nail olmaqdır. Ölkəmiz, şəxsən prezident Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə intensiv diplomatik səylər göstərir”, – deyə Kirişçi bildirib.

Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski öz növbəsində taxıl dəhlizi ilə bağlı sazişin qlobal ərzaq böhranının həllində mühüm rol oynayacağını qeyd edib: “Ukraynaya verdiyi dəstəyə görə türk xalqına və dövlətinə təşəkkür etmək istərdim. Türkiyənin rolu çox böyükdür” – deyə Solski fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*