Türkiyənin səfiri Xarici İşlər Nazirliyinə çağırıldıbackend

Türkiyənin səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, dünən Özbəkistan xarici işlər nazirinin müavini Dilşad Əhədov Türkiyə səfiri Era Mehmet Surayanı sentyabrın 23-də Ankarada Özbəkistan vətəndaşı Nadirə Qədirovanın ölümü ilə bağlı vəziyyətə aydınlıq gətirməyə dəvət edib.

“Səfir Özbəkistan vətəndaşının ölümünə səbəb olan faciəli hadisədən səmimi təəssüf hissi keçirdiyini bildirdi və qeyd etdi ki, hazırda Türkiyənin müvafiq qurumları hərtərəfli araşdırma aparırlar, işin bütün hallarını araşdırırlar”, – deyə XİN-in açıqlamasında bildirilib. Türkiyə səfiri istintaqın obyektiv aparıldığına, Özbəkistan tərəfinə onun gedişi və nəticələri barədə dərhal və mütəmadi olaraq məlumat veriləcəyinə əmin edib.

Xatırladaq ki, 23 yaşlı Özbəkistan vətəndaşı Nadirə Qədirova bu il sentyabrın 24-də Ankarada Türkiyənin Ədalət və İnkişaf Partiyasının millət vəkili, istefada olan general Şiril Ünalın evində vəfat etmişdi. Gənc özbək qadın vəkilin evində tibb bacısı işləyirmş və ürəyindən güllə yarası alandan bir saat sonra xəstəxanada ölmüşdü. Sentyabrın 25-də Nadirənin cəsədi Özbəkistana göndərilmişdi.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Daha sonra yerli mediada Şirin Ünalın evində Qədirovanın millət vəkilinin tapançasından özünü vuraraq intihar etdiyi bildirilmişdi. Türkiyə prokurorluğu onu fahişəliklə məşğul olmaqda günahlandırmışdılar.

Ancaq özbək qadının ailəsi onun intihar etməsi üçün heç bir səbəb olmadığını iddia edərək istintaqa inanmır. Millət vəkili Şirin Ünal özü isə hələ də susur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*