“Türklər Qarabağa necə gəliblər, elə də gedəcəklər” – Barxudaryanbackend

"Türklər Qarabağa necə gəliblər, elə də gedəcəklər" - Barxudaryan

“Türklər (azərbaycanlılar- red.) Qarabağa necə gəliblər, elə də gedəcəklər”.

KONKRET.az xəbər  verir ki, bu sərsəmləməni Xankəndidə mitinqdə çıxışı zamanı qondarma rejimin televiziya aparıcısı Çovinar Barxudaryan deyib. O çərənləyib ki, türklər Qarabağa necə gəliblərsə, elə də tərk edəcəklər.

“Bu, mənim torpağımdır. Onlar necə gəliblərsə, elə də gedəcəklər. Amma bu vacib deyil. Türk əminliklə gəlib ki, bura onun torpağıdır, əminliklə də yol çəkir. Torpağımızda hansı şüurla yaşayırıq, həqiqətənmi bu alçaldıcı reallıqla barışmağa qərar verdik, yoxsa nəhayət, həqiqətlə üz-üzə dayandıq?”- separatçı rejimin nümayəndəsi sarsaqlayıb.

Xatırladaq ki, mayın 28-də Xankəndidə “Oyan Lao, Arsax adına!” şüarı altında yürüş və mitinq keçirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*