Türkmənistanda kişilər saçlarını rəngləyə bilməzlər – Prezident qadağa qoydubackend

Türkmənistanda kişilər saçlarını rəngləyə bilməzlər – Prezident qadağa qoydu

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistanın Lebapsk vilayətinin hökumət idarələrində və müəssisələrində şifahi olaraq ciddi qadağa ortaya çıxıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 40 yaşdan yuxarı kişilər saçlarını qara rəngləməyə bilməzlər. Eyni zamanda, təbii rəngə sahib olanlar da məcburən saçlarını az rəngə çevirməlidirlər.

Bu haqda məlumatı Azadlıq radiosunun yerli bürosu yayıb.

“Demək olar ki, bütün ixtisaslaşdırılmış müəssisələrdə, o cümlədən məktəblərdə, səhiyyə ocaqlarında çalışan işçilərə tapşırıq verilib ki, təbii saç rəngini geri qaytarsınlar”, – deyə nəşr əlavə edib.

Bu tələb fevralın 1-də səsləndirilib.

Görünür, bu, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla bağlıdır.

O, bölgəyə səfər etmək niyyətindədir və yalnız ağ saçları olan insanlar ona buraxılacaq.

Qeyd olunur ki, türkmənlər arasında saçlarını qara rənglə boyayanlar çoxdur, çünki bu göstəriş təxminən iki il əvvəl verilib.  Həmin vaxt Berdiməhəmmədovun özü də saçlarını boyayırmış və məmurlara da belə tapşırıq gəlib.

Dövlət başçısı ağ saçlarla ilk dəfə il yarım bundan əvvəl peyda olub. 2018-ci ilin avqustunda, Berdiməhəmmədovun saçları ağaranda, gözəllik salonlarında və bərbərxanalarda saçların rənglənməsini qadağan etdilər.

Bir il əvvəl dövlət təşkilatlarında və təhsil müəssisələrində Prezidentin portretlərini təcili dəyişdirməyə başladılar. Onun saçlarının rəngi yeni imicində ağ olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*