Türkmənistanda ŞOK QƏRAR – Türk dilində cizgi filmləri qadağan edildi – KİVbackend

Türkmənistanda ŞOK QƏRAR - Türk dilində cizgi filmləri qadağan edildi - KİV

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistandakı uşaq bağçalarında türk cizgi filmlərinin və proqramlarının nümayişi qadağan edildi.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, cari ilin fevral ayında Lebap vilayətinin Farap, Sayat, Danev yaşayış məntəqələrində uşaq bağçalarında aparılan monitorinqin nəticələrinə görə uşaqların türk kanallarına meylliliyi ortaya çıxıb.

Məlum olub ki, türkmən və türk dillərinin oxşarlığına görə, uşaqlar eşitdikləri sözləri tez bir zamanda mənimsəyir və bu dildən evdə daha fəal istifadə edirlər.

Yoxlamaların nəticələrinə əsasən, türk kanallarının məktəbəqədər təhsil müəssisələrinə daxil edilməsinin qadağan edilməsinə qərar verilib. Rayon polis məmurlarına təlimatların həftədə 2-3 dəfə yerinə yetirilməsini yoxlamaq tapşırılıb. Qadağaların pozulduğu bağçalarda menecer, tərbiyəçi və ya dayə işdən dərhal azad ediləcək.

Menecerlərə, həmçinin uşaqların türk kanallarına baxma müddətlərini minimuma endirmək üçün valideynlərlə söhbət aparmaq tapşırılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*