Uçan avtomobil təqdim olundu – 599 min dollara satılacaqbackend

Uçan avtomobil təqdim olundu - 599 min dollara satılacaq 

ABŞ-ın Florida ştatının Mayami şəhərində kütləvi istehsal olunacaq ilk uçan avtomobil təqdim edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, uçan avtomobil 599.000 dollara satılacaq. Qiymətinə baxmayaraq uçan avtomobilə tələbat yüksəkdir. Artıq əvvəldən 70 nəfərin bu avtomobili istehsal üçün sifariş verdiyi bildirilir.

Nəqliyyat vasitəsindən istifadə etmək istəyən şəxslərin həm sürücülük, həm də uçuş lisenziyası olmalıdır. PAL-V adlanan 3 təkərli və 2 sərnişin tutumlu avtomobil, 230 at gücünə sahib Hollandiya istehsallı bir mühərrikə sahibdir.

PAL-V baş direktoru Dingemanse nəqliyyat vasitəsinin 10 dəqiqə ərzində avtomobildən uçan maşına çevrildiyini və 8 saniyədə yerdən 100 kilometrə qədər qalxa biləcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*