İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.
Yeni mənzillər seçim üçün aprelin 28-də, saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 306 kirayə müqaviləsi bağlanıb.

İpoteka ilə ev almaq üçün qabaqcadan odəniş üçün pulum yoxdur bunun üçün nə etməliyəm mən ev almaq istəyirəm.
Təmirli Qanuni 2 otaqlı bina evi almaq istəyirəm
30 yasli gənc ailəyik. 2 balam var 2-5 yaşlarında. Kirayə qalıram 9 ildir. 1-cə otaqlı ev istəyirəm.başqa heçnə istəmirəm Xahiş edirəm köməklik edin mənə kirayə verdiyim pulu elə öz evimə ödəyimdə. Amma ilkin ödəniş pulum yoxdur. Aya kirayə pulunu verirəm.. hər ay öz evimə versəm daha yaxşı olar…Bilərəmki özümə qalacaq. Bir 1 otaq istəyirəm başqa heç bir arzum yoxdur uşaqlarım üçün köməklik göstərin mənə xahiş edirəm bir ATA olaraq xahiş edirəm..kirə verdiyim pulu öz evimə ödəyim kiməsə yox..0557091230
İlkin ödənişvar?
Salam 40 yaşım var rəsmi işləyirəm inşaat sektorunda elektrik usdasi işləyirəm men iki otaqlı mənzil isdeyirem ilkin odenis də edə bilirəm 051.885.94.33 rüstəm