ABŞ rəsmisi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşmasının digər uzunmüddətli münaqişələrin həlli üçün nümunəyə çevrilə biləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, “Washington Examiner”də dərc olunan məqaləsində Uitkoff qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm irəliləyiş əldə olunub.
O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın çətin siyasi qərarlar qəbul etməyə hazır olduğunu vurğulayıb.
Uitkoff xüsusilə TRIPP — “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsini qeyd edib. Onun sözlərinə görə, bu təşəbbüs regionda nəqliyyat əlaqələrinin genişləndirilməsinə, iqtisadi əməkdaşlığın gücləndirilməsinə və davamlı sülhün təmin olunmasına xidmət edə bilər.
Müəllif hesab edir ki, Azərbaycan və Ermənistan nümunəsi uzun illər davam edən digər münaqişələrin həlli üçün də yeni model formalaşdıra bilər.
Natiq Səlim,
KONKRET.az
