Ukrayna İranın Rusiyaya hərbi dəstəyi ilə bağlı İsraildən KÖMƏK İSTƏDİbackend

Ukrayna İranın Rusiyaya hərbi dəstəyi ilə bağlı İsraildən KÖMƏK İSTƏDİ

Ukrayna İsraildən İranın Rusiyaya hərbi dəstəyi ilə bağlı kəşfiyyat məlumatı verməsini xahiş edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” yüksək rütbəli İsrail rəsmilərinə istinadən xəbər verir. Ukrayna Rusiya Silahlı Qüvvələrinin İrandan hərbi dəstəyinə dair kəşfiyyat məlumatı vermək istəyi ilə İsrailə müraciət edib.

Qeyd olunur ki, Kiyev döyüş bölgəsində İranın Shahed-136 pilotsuz təyyarələrinin görünməsi ilə bağlı xəbərlərdən təşvişə düşüb. Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna tərəfi İsrail hakimiyyətinə Yaxın Şərq problemlərinə dair xüsusi dialoq kanalı yaratmağı təklif edib.

Bu mövzuya İsrail Xarici İşlər Nazirliyinin Avro-Asiya Departamentinin rəhbəri Simona Qalperinin Kiyevə səfəri zamanı toxunulub. O, Ukraynanın Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi Maksim Subx ilə görüşüb. O, Təl-Əvivi Kiyevə hərbi yardım göstərməyə və anti-Rusiya sanksiyalarına qoşulmağa çağırıb.

Avqustun sonunda Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, İran Rusiyaya Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarının partiyasını təhvil verib.

Moskva və Tehran Rusiya tərəfindən İran pilotsuz təyyarələrinin alınmasını dəfələrlə təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bunu Amerika mediasının süni şəkildə yaratdığı və təbliğ etdiyi mövzu adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*