Ukrayna Krım körpüsünü bu silahlarla vurdubackend

Ukrayna Krım körpüsünü bu silahlarla vurdu

Ukrayna ordusu Krım körpüsünə “Palyanitsa”, “Ruta”, FP-5 dronları, “Neptun” və “Flaminqo” raketləri ilə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün Teleqram kanalında yazıb.

“Bu gün həlledici bir məqamda “Palyanitsa” dronları özlərini nümunəvi şəkildə göstərərək körpünün avtomobil hissəsinə zərbə endirdilər. “Neptun” raketləri, eləcə də “Ruta” və FP-5 dronları isə körpünün dəmiryolu hissəsini vurdular. Qoşunlarımız “Flaminqo” sistemindən istifadə edərək dəqiq zərbə həyata keçirdilər və əlaqə son saniyələrə qədər mükəmməl şəkildə qorunub saxlanılıb”, – Zelenski bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusu Krım körpüsünə zərbələr endirib. Zərbələr nəticəsində tağla yanaşı, körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsinin tamamilə uçdub, gəmi keçidi isə körpünün dağıntıları səbəbindən bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*