“Ukrayna limanlarından çıxan gəmilər yoluna davam edir”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, Türkiyə bayrağı altında hərəkət edən gəmilərin çıxışında da heç bir problemin olmadığını qeyd edib.
Akar Türkiyə tərəfinin Rusiyaya bununla bağlı məlumat verildiyini və yaxın zamanda cavab alacaqlarını da vurğulayıb.
