Ukrayna münaqişəsinin həlli üzrə sülh konfransında neçə dövlət iştirak edəcək? – AÇIQLAMAbackend

Ukrayna münaqişəsinin həlli üzrə sülh konfransında neçə dövlət iştirak edəcək? - AÇIQLAMA

İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində keçiriləcək Ukrayna münaqişəsinin həlli üzrə sülh konfransında iştirak etmək üçün artıq dünyanın 90 ölkəsi qeydiyyatdan keçib.

KONKRET.az-ın məlumatına görə, bu barədə İsveçrə prezidenti Viola Amherd məlumat verib.

“Bu günə olan informasiyaya görə 90 dövlət qeydiyyatdan keçib, onların yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır”, – dövlət başçısı bildirib.

O, Ukrayna üzrə növbəti görüşdə Rusiyanın da iştirakını təmin edə biləcəklərinə ümid etdiyini bildirib.

Orxan HƏSƏNLİ

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*