Ukrayna ordunun sayını 1 milyona qaldıracaq – Reznikovbackend

Ukrayna ordunun sayını 1 milyona qaldıracaq - Reznikov

Ukrayna hərbi əməliyyatlarda iştirak edən hərbçilərin sayını 1 milyon nəfərə qədər təmin etməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə cümə günü müdafiə naziri Aleksey Reznikov məlumat verib.

“Görülən hazırlıq tədbirləri və Ukrayna xalqının səfərbərliyi, ölkəyə nəzarəti əlində saxlayan hakimiyyətin hərəkətləri sayəsində müdafiə təşkil olunur. İlkin mərhələlərdə könüllülər çox kömək etdilər, onların başladıqları hərəkat və göstərdikləri şücaət sayəsində ilk mərhələdə qarşılaşdığımız kəskin problemli məsələlərin həll edilməsi imkanını qazandıq. Dövlət mexanizminin yerləşdirilməsi hətta müharibə şəraitində belə bir çox vacib formallıqdır. Həm də təkcə Ukraynada deyil bütün dövlətlərdə belədir. Artın könüllü döyüşçüdən rəsmi hərbçi modelinə qayıtmağın vaxtıdır. Bu səbəbdən də biz düşmənlə döyüşmək üçün 1 milyon insanın təmin edilməsi zərurətinə diqqət yetiririk”, – Reznikov sosial şəbəkə hesabında yazıb.

O, həmçinin qeyd edib ki, münaqişənin eskalasiyası müdafiə ehtiyaclarının kəskin artmasına səbəb olub və Ukrayna buna tam hazır deyildi.

Ukrayna mediasının verdiyi məlumatda bildirilir ki, ötən ilin iyulunda Ali Rada “Milli müqavimətin əsasları haqqında” qanunu qəbul edib, Ukrayna prezidenti Vladimir Zelenski isə imzalayıb. 2022-ci il yanvarın 1-dən bu qanun əsasında Ərazi Müdafiə Qoşunları Ukrayna Silahlı Qüvvələrinin (AFU) ayrıca qoluna çevrilib. Bu ilin yanvarına olan məlumata görə, Ukraynada 100 min nəfərə qədər olan 25 ərazi müdafiə briqadası var.

Prezident Vladimir Zelenski martın 4-də Ukrayna və xarici vətəndaşlardan olan mülki şəxslərə Rusiyanın hərəkətlərinə milli müqavimət zamanı odlu silahdan istifadə etməyə icazə verən qanunu imzalayıb.

Ukrayna mətbuatının məlumatına görə, Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibə başlamazdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti təxminən 200 min nəfər olub.//Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*