Ukraynalılar daha iki Rusiya təyyarəsini vurub.
KONKRET.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri daha iki Rusiya təyyarəsini – bir Su-34 qırıcı-bombardmançı və bir Su-35 qırıcısını məhv edib.
Bu barədə sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk məlumat veriblər.
Silahlı Qüvvələrin komandanının sözlərinə görə, bu, Şərq istiqamətində baş verib.
Fevralın 17-də səhər, həmçinin Şərq istiqamətində Hərbi Hava Qüvvələrinin bölmələri bir anda üç Rusiya təyyarəsini məhv edib: iki Su-34 və bir Su-35.
Ariz Həsənoğlu,
KONKRET.az
