Avqustun 12-nə keçən gecə Novorossiyskdəki hərbi dəniz bazasına endirilən zərbə zamanı Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub.
KONKRET.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram”da məlumat verib.
Qeyd edilir ki, iki “Kalibr” daşıyıcısı – “Admiral Makarov” və “Admiral Essen”, kiçik raket gəmisi “Buyan-M”, patrul gəmisi “Vasili Bıkov” müxtəlif dərəcəli zədələr alıblar.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, həmçinin Rusiyanın “S-300” HHM sisteminin tərkib hissəsi olan 30N6E radarı, Novorossiysk limanının ikinci körpüsündə yerləşən mobil atəş qrupu, “Şesxaris” neft terminalının tərkibinə daxil olan “Qruşovaya” neft bazasının tuneli, 3, 6 və 7 saylı körpülərin avadanlığı və infrastrukturu vurulub.
