“Ukrayna Rusiyaya ikinci Əfqanıstanı yaşada bilər” – ŞOK AÇIQLAMA – ÖZƏLbackend

"Ukrayna Rusiyaya ikinci Əfqanıstanı yaşada bilər" - ŞOK AÇIQLAMA - ÖZƏL

“Yayılan xəbərlərə görə, rus tankları və piyada birlikləri Kiyevə doğru irəliləyir. Rusiya paytaxtı ələ keçirərək müharibəni tez bitirməyə çalışır. Rusiya və Belarusun Ukrayna ilə sərhədləri 3 min kilometrdir. Nəzərə alsaq ki, bu sərhədlərdə heç vaxt təmas xətti, səngər filan olmayıb demək ki, hər hansı eşalonlaşmış müdafiə xətti də yoxdur”.

Bu sözləri KONKRET.az-a açıqlamasında tanınmış bloger Əli Məhərrəmli bildirib.

O qeyd edib ki, “Ukrayna Rusiya ilə müqayisədə operativ taktiki raket kompleksləri və havadan digər hücum vasitələri baxımdan həm geri qalır, həm də döyüş təcrübəsi azdır”. Ə.Məhərrəmli vurğulayıb ki, “Ukraynanın iki yolu var. Ya quruda kiçik qruplar halında lokal xarakterli və uzun müddətli partizan müharibəsi aparmaqla Rusiyaya ikinci Əfqanıstanı yaşatmaq, ya da birtərəfli qaydada təslim olmaq”.

Bloger əlavə edib ki, “Hələ ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiya məsələsində daha qərarlı təsir bağışlayır. Almaniya isə nala-mıxa vurur, Makron da Paşinyan kimi telefon əlində ora-bura zəng etməklə məşğuldur. Bayden də nə edəcəyini bilmir. Ukrayna isə tək canı ilə Rusiyaya qarşı dirəşib!”

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*