Almaniyanın Ukrayna səfirinin sözlərinə sərt reaksiyası onun işdən azad olunması ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib. Nəşr yazır ki, Almaniyanın Ukraynanın keçmiş səfiri Melnikin sözlərinə sərt reaksiyası onun istefasına səbəb olub.
Melnik verdiyi müsahibədə millətçini Robin Qudla müqayisə edib və onun yəhudi qırğınları ilə heç bir əlaqəsi olmadığını bildirib. Qırğınlarla və Banderanın antisemit baxışları ilə bağlı suala cavab verən Melnik mübahisələndirilməyən iddialar üçün heç bir sübut olmadığını söyləyib.
“Bu, rusların bu günə qədər təbliğ etdiyi və Almaniya, Polşa və həmçinin İsraildə dəstəklənən bir hekayədir”, – deyə Melnik bildirib.
Lakin nasist cinayətlərini tanımaq və Holokost qurbanlarının xatirəsini yad etmək öhdəliyi ilə fəxr edən Almaniyada tarixin bu fəslini şübhə altına almaq qırmızı xəttdir. Zelenski diplomatın müsahibəsindən bir həftə sonra 2014-cü ildən vəzifədə olan Melniki işdən çıxarıb.
Xuraman Etibarlı,
KONKRET.az
