Ukrayna Təhlükəsizlik Xidməti Medvedevi axtarışa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ilə yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova və 700-ə yaxın yüksək rütbəli rusiyalı axtarışa verilib.
Xüsusilə qeyd olunur ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyalı siyasətçini axtarır. O, Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsi ilə (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd, hakimiyyət nümayəndəsi olan şəxs tərəfindən törədilib) ittiham olunur.
Xuraman Etibarlı,
KONKRET.az
