Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinin Rodionovo-Nesvetayski rayonuna təşkil etdiyi hava hücumu nəticəsində elektrik yarımstansiyasında güclü yanğın baş verib.
KONKRET.az xəbər verir ki,yanğın 60 kvadratmetr sahəni əhatə edib.
Eyni zamanda, Volqoqrad vilayəti də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Yerli qurumların məlumatına görə, PUA hücumu nəticəsində Frolovo şəhərindəki yarımstansiyada və Kalaç-na-Don şəhərində neft bazasında güclü yanğın baş verib.
