Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.
O qeyd edib ki, Kiyevə təcili kömək lazımdır.
“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır”, – o tviterdə yazıb.
A.Qeraşşenko dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib:
“Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”.
