Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatdı – 29 nəfər yaralandıbackend

Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatdı - 29 nəfər yaralandı

Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Yaralılardan 15-i uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.

DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*