Karantin rejimi daha bir ay uzadıldı – UKRAYNADAbackend

Karantin rejimi daha bir ay uzadıldı - UKRAYNADA

Ukrayna Nazirlər Kabineti koronavirus səbəbindən ölkədə tətbiq edilmiş adaptiv karantin rejimini iyulun 31-dək uzatmaq niyyətindədir.

KONKRET.az bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.

“Bu gün biz adaptiv karantini iyulun 31-dək uzadacağıq”, – Baş Nazir Denis Şmıqal hökumətin çərşənbə günü keçirdiyi iclasında deyib.

Baş Nazir əlavə edib ki, lazım gələrsə, hökumət ayrı-ayrı bölgələrdə gücləndirilmiş karantin tətbiq etmək imkanını nəzərdən keçirəcək. Bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, indiyədək Ukraynada 33 234 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 943-ü vəfat edib, 14 943-ü sağalıb. Tibb müəssisələrində 17 348 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 327-si ağır vəziyyətdədir.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*