“Ukraynada qanunu pozanları işdən çıxarırlar, Ermənistanda isə mükafatlandırırlar” – Erməni mediasıbackend

"Ukraynada qanunu pozanları işdən çıxarırlar, Ermənistanda isə mükafatlandırırlar" - Erməni mediası

“Ukraynada qanunu pozanları işdən çıxarırlar, Ermənistanda isə mükafatlandırırlar”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

“Ukrayna baş prokurorunun müavini Aleksey Simonenkonun işindən qovulması ilə bağlı xəbərlər dərc edilib. Buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibə zamanı siyasətçilərin və məmurların xaricdə istirahətini qadağan etdiyi zaman onun İspaniyaya 10 günlük məzuniyyətə getməsidir.

Ermənistan da hərbi münaqişələr mərhələsindədir, lakin hakimiyyət Bali-Mikonos-Monako-Dubay reyslərinin daimi sərnişinləridir və onları danlayan yoxdur.

Üstəlik, sentyabrın 13-də baş vermiş iki günlük döyüş və 200-dən çox insanın həlak olması fonunda parlamentin deputatları azərbaycanlı hərbçilərin burnunun ucunda olan Cermukda əyləniblər.

Yanvarın 21-də Nikol Paşinyan daxili işlər naziri Vahe Kazaryana məxsus restoranda ziyafət verib. Ondan iki gün əvvəl isə 15 əsgərin həyatına son qoyan faciəli yanğın baş verib. Nikol Paşinyan hökumətinin idarə edilməsində qüsurlar saymaqla bitmir.

Ukraynada məmuru etik, əxlaqi və insani normaları pozduğuna görə işdən çıxarırlar, Ermənistanda isə bu normaları “işdən çıxaranların” özləri pozurlar”, deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*