Ukraynalı qaçqınlar İspaniya otellərindən qovulur – İLGİNC SƏBƏBLƏRbackend

Ukraynalı qaçqınlar İspaniya otellərindən qovulur – İLGİNC SƏBƏBLƏR

Tətil mövsümünün başlaması ilə əlaqədar ukraynalı qaçqınların İspaniya otellərindən qovulmasına başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə  “El Pais” nəşri məlumat yayıb.

Aralıq dənizi sahilində, İspaniya otellərdə məskunlaşan bir neçə min ukraynalı ailə çətin vəziyyətlə üz-üzə qalıb. Belə ki, Ukraynadan gələn mühacirlər turist axınına görə yeni mənzil axtarmalı olacaqlarından ehtiyat edirlər.

Nəşrin məlumatına görə, İspaniya Daxili İşlər Nazirliyi Ukraynadan olan qaçqınlara müvəqqəti yaşamaq icazəsi verib. Eyni zamanda, onların təxminən 24 min nəfəri qaçqınların qəbulu üçün xüsusi proqram çərçivəsində verilmiş müvəqqəti mənzillərdən istifadə edir.

Ukraynalı miqrantların yarısı Kataloniya, Valensiya və Əndəlusun Aralıq dənizi sahillərində yerləşən otellərdə yaşayır. “El Pais”in məlumatına görə, məskunlaşan qaçqınlar indi yeni problemlə üzləşiblər. Belə ki, onlar İspaniyaya axın etmədən öncə otel nömrələri bron edilib.

İspaniyalı analitiklər kirayə mənzillərdə yaşayanlar üçün problemlərin olacağını proqnozlaşdırırlar. Çünki yay mövsümünün başlaması ilə kirayə qiymətləri artacaq. Hazırda ukraynalı qaçqınların kirayə mənzil haqqını verən İspaniya Qırmızı Xaç Cəmiyyəti yay tariflərini ödəyə bilməyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*