Niderlandda məskunlaşan ukraynalılar Amsterdam Teatrında rusiyalı teleaparıcılar Vladimir Pozner və İvan Urqantın konsertlə çıxış etməsinə etirazlarını bildiriblər.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, tamaşadan öncə teatrın girinşində dayanan aksiya iştirakçıları “Rusiya terrorçu dövlətdir” şüarını səsləndirib, “Müharibəyə son” və “Mariupol” yazılan lövhələr tutublar.
Onlar Pozner və Urqantın Rusiyanın Ukraynaya hücumunu açıq çəkildə pislmədiklərini xatırladıblar. Üstəlik, Pozner bir il əvvəl Putinin Ukraynaya müdaxilə etməsinə görə Qərbin günahı olduğunu demişdi.
Qeyd edək ki, bu, 90 yaşlı jurnalistin və onun davamçısı sayılan şoumenin Avropa turnesində ilk şousudur. Onlar sonra İsveçrə və Almaniyada çıxış etməyə hazırlaşırlar.
Xatirə SADİQ,
KONKRET.az
