“Ukraynanı ehtiyac duyduğu silahlarla təmin etməkdə gecikmişik” – Borellbackend

"Ukraynanı ehtiyac duyduğu silahlarla təmin etməkdə gecikmişik" - Borell

“Bu gün Rusiya ilə barışmaq cəhdləri 2022-ci ildə işğalın əvvəlində olduğu kimi böyük bir səhvdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

Onun sözlərinə görə, son vaxtlar Ukraynanın qalib gələ bilməyəcəyi və Qərbin dəstəyinin davamlı olmayacağı barədə daha çox danışılır. Və yenidən barışıq vəsvəsələri ortaya çıxır.

“Biz onların Ukrayna ilə bağlı siyasətimizi formalaşdırmasına imkan verməməliyik”, – deyə Aİ diplomatiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı və onun üzvü olan ölkələr Ukraynaya misli görünməmiş iqtisadi, humanitar və hərbi dəstək göstərib Xüsusən də Ukraynanı təxminən 30 milyard avro dəyərində silah və sursatla təmin edib və Aİ ərazisində 40 minə yaxın ukraynalı hərbçiyə təlim keçib.

“Bununla belə, biz çox vaxt Ukraynanı ehtiyac duyduğu silahlarla təmin etməkdə çox gecikmişik. Çox vaxt yalnız Rusiya hakimiyyəti Ukraynanı hədələdikdə hərəkətə keçməyə cəsarət etmişik. Biz nə qədər lazımdırsa Ukraynanı dəstəkləməliyik. Biz Ukraynanı öz ərazisini azad etmək üçün lazım olan uzaq mənzilli raketlər və digər qabaqcıl silah sistemləri ilə təmin etməliyik. Biz həmçinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməliyik”, – Borrell vurğulayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*