Ukraynada yenidən hava hücumu xəbərdarlığı verilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev, Nikolayev, Xarkov, Çerkassı, Poltava, Kirovoqrad, Dnepropetrovsk, Vinnitsa və Sumi vilayətlərində həyəcan təbili çalınıb.
Həmçinin, həyəcan təbili Kiyevdə də daxil olmaqla, Ukraynanın doqquz rayonunda və Kiyevin nəzarətində olan Zaporojye şəhərində səslənib.
