Ukraynanın bütün ərazisində işıq kəsildibackend

Ukraynanın bütün ərazisində işıq kəsildi

Kiyevin ardınca Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Vitali Kliçko bildirib.

“Energetiklər bütün Ukraynada, eləcə də paytaxtda işığı fövqəladə surətdə kəsməyə başlayıblar. Bu, enerji sisteminin balanslaşdırılmasına və avadanlıqların sıradan çıxmasının qarşısını almağa yönəlmiş zəruri addımdır”, – Kliçko deyib.

Paytaxt merinin sözlərinə görə, Kiyevdə istehlakçıların ən azı yarısı işıqsız qalıb.

Qeyd edək ki, Ukraynanın bütün regionlarında hava həyəcanı elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*