Ukraynanın daxili işlər naziri və müavini vertolyot qəzasında HƏLAK OLDU – VİDEObackend

Ukraynanın daxili işlər naziri və müavini vertolyot qəzasında HƏLAK OLDU - VİDEO

Ukraynada vertolyot qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu gün səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində vertolyot uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb, yanğın baş verib.

İnsanların təcili təxliyəsi aparılır.

Ukrayna Daxili İşlər Nazirliyi Brovarıda uşaq bağçası yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 5 nəfərin öldüyünü bildirib.

“Brovarıda qəzaya uğrayan helikopterin göyərtəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Enin olub, onlar ölüblər”, – Daxili İşlər Nazirliyi məlumat verib.

“Ümumilikdə 16 nəfər ölüb, onlardan 2-si uşaqdır. Helikopterdə 9 nəfər olub”, – deyə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*