Ukraynanın müdafiə naziri Rustem Umerov Avropa İttifaqının müdafiə nazirlərinin görüşündə videobağlantı vasitəsilə danışıb.
KONKRET.az xəbər verir ki, o, avropalı həmkarlarından Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağı xahiş edib. Umerov həmçinin hər bir Aİ ölkəsini Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinə himayədarlıq etməyə çağırıb:
“Silahlı Qüvvələri gücləndirmək üçün döyüş hissələrini fəal şəkildə yeniləyirik. Bununla əlaqədar olaraq, mən müttəfiq ölkələrin hər birini bu briqadalardan birinin təchizatını üzərinə götürməyə dəvət çağırıram. Biz birlikdə istənilən çətinliyin öhdəsindən gələcəyik, Ukrayna və Avropanın dinc gələcəyini təmin edəcəyik”, – deyə Umerov əlavə edib.
Burhan,
KONKRET.az
