Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ barəsində həbs qərarı verilib.
KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul Prokurorluğuna verdiyi ifadədən sonra növbətçi məhkəməyə çıxarılan Ümit Özdağ, ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etmək ittihamı ilə həbs edilib.
O, ötən gün “Prezidenti təhqir etmək” ittihamı ilə Ankarada saxlanılmışdı.//Qafqazinfo
***
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ ifadə verdikdən sonra sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Ü. Özdağ barəsində Prezident ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün istintaq başladılaraq Ankarada saxlanılmışdı.//APA