Unun topdansatış qiymətləri açıqlandıbackend

Unun topdansatış qiymətləri açıqlandı

Fevralın 6-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,8-27,2 manat civarında dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

“Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd oluub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*