Ursula fon der Leyen: “Ukrayna Avropanın bir hissəsinə çeviriləcək”backend

Ursula fon der Leyen: “Ukrayna Avropanın bir hissəsinə çeviriləcək”

Avropa Komissiyasının sədri Ursula fon der Leyen AK-nin yeni tərkibinin Ukraynanın Avropa İttifaqına daxil olması istiqamətində çalışacağını açıqlayıb.

KONKRET.az  xəbər verir ki, noyabrın 27-də Strasburqda Avropa Parlamentinin plenar iclasında Aİ üzvlüyünə namizədləri təqdim edən fon der Leyen deyib: “Biz Ukraynanın Avropanın bir hissəsi olmasını istəyirik. Lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyik”. Von der Leyen söz verib ki, Avropa Komissiyası Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinə Aİ üzvlüyünə hazırlaşmağa kömək edəcək və lazımi islahatları aparacaq: “Avropanın bu ölkələrə bağlılığı daha da güclü olacaq. Biz isə həmin ölkələri prosesin hər bir mərhələsində, ləyaqət əsasında, bizim İttifaqımıza qoşulmağa hazır olana qədər dəstəkləyəcəyik”. Daha sonra fon der Leyen xatırladıb ki, sloveniyalı Marta Kos yeni Avropa Komissiyasında Avropa İttifaqının genişlənməsinə görə məsuliyyət daşıyacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*