Konkret.az rus mediasına istinadla xəbər verir ki, müstəntiqlər Orlov bölgəsində sağ qalan və xəstəxanaya yerləşdirilən dörd yaşlı uşağın beşinci mərtəbədən yıxılmasının səbəblərini müəyyənləşdirirlər.
“1 sentyabr 2019-cu ildə Orlov rayonunun Znamenka kəndində azyaşlı uşaq yaşayış binasının beşinci mərtəbəsində yerləşən eyvan pəncərəsindən yıxılıb“, – deyə məlumatda bildirilir. İstintaqın məlumatına görə, çoxsaylı bədən xəsarətləri alan uşaq Orlov xəstəxanasına yerləşdirilib. Hadisə ilə əlaqədar istintaqdan əvvəl yoxlama başlanılıb.
İstintaq oğlanın imkanlı bir ailədə böyüdüyünü, qəza zamanı valideynlərinin evdə olduğunu bildirib.
“Hazırda uşaq xəstəxananın reanimasiya şöbəsində müalicə olunur, ona bütün lazımi tibbi yardım göstərilir”,– deyə istintaq qeyd edir.
ELMAN
