Uşaq doğumlarının sayı getdikcə azalır – Avropa ölkələri təşvişə düşübbackend

Uşaq doğumlarının sayı getdikcə azalır - Avropa ölkələri təşvişə düşüb

“Dünyada doğum sayı azalıb. İnsanlar yüksək maddi təşviqlərə baxmayaraq, daha çox uşaq sahibi olmaq istəmirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə “The Economist” yazıb.

Doğum nisbətləri aşağı düşdükcə, bir çox siyasətçilər qadınların daha çox uşaq dünyaya gətirməsinə səbəb ola biləcək siyasətlərə pul tökür.

Nəşr qeyd edir ki, “Donald Tramp Ağ Evə qayıdarsa, bonuslar paylayacağını vəd edir və artıq hər il ümumi daxili məhsulun 3,5-4 faizini ayırırlar. Makron da öz ölkəsinin hayındadır. Cənubi Koreyanın hər körpəyə 70 min dollar dəyərində yardım paylamağı düşünür. Lakin bütün bu cəhdlər nəticəsiz qalacaq”.

Jurnal daha sonra yazır: “Doğuş nisbətləri demək olar ki, hər yerdə düşür və zəngin dünya ciddi uşaq çatışmazlığı ilə üzləşir. Hazırkı doğum nisbətlərinə görə, bu gün yüksək gəlirli ölkədə orta hesabla bir qadının həyatı boyu cəmi 1-2 uşağı olacaq. İsraildən başqa bütün zəngin ölkələrdə, immiqrasiya istisna olmaqla, doğum səviyyəsi əhalinin yenilənmə səviyyəsindən 2,1 faiz aşağıdır. Son onillikdə azalma demoqrafların gözlədiyindən daha sürətli olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*