Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadənin həyat yoldaşı ilə Qəbələdən fotoları yayılıb.
KONKRET.az xəbər verir ki, cütlük bu dəfə rayonun Vəndam qəsəbəsində Van Dammın şərəfinə qoyulmuş heykəl qarşısında şəkil çəkdiriblər.
Bu barədə jurnalist Şakir Eminbəyli öz “Facebook” səhifəsində status paylaşıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.






