“Vaqner”lə əlaqəli yük təyyarəsi Belarusa uçdubackend

“Vaqner”lə əlaqəli yük təyyarəsi Belarusa uçdu

“Vaqner”ə məxsus yük təyyarəsi Belarusa uçub.

KONKRET.az xəbər verir ki, bu barədə  “Dosye” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, bu cür təyyarədən zenit-raket komplekslərinin, hərbi texnikanın daşınması üçün istifadə olunur. Belə ki, “AN-124” təyyarəsi ümumilikdə 880 döyüşçünü daşımağa qadirdir.

RA-82030 bort nömrəli “AN-124” təyyarəsi “Flightradar24” izləyicisindən göründüyü kimi, yerli vaxtla təxminən səhər saat 9-da Moskvadan havaya qalxıb, 10.20 radələrində isə Minskə enib.

Məlumata görə, təyyarə Rusiyanın Müdafiə Nazirliyinin tabeliyində olan “224 Letnıy otryad” dövlət aviaşirkətinə məxsusdur. Həm aviaşirkət, həm də təyyarənin özü “Vaqner” personalı və avadanlıqlarının daşınmasına görə ABŞ-ın sanksiyaları altındadır.

Qeyd olunub ki, RA-82030 müntəzəm olaraq Suriyaya səfər edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*