Qarabağın erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Ruben Vardanyanla görüşüb.
KONKRET.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, görüşün keçirilməsinə səbəb Xankəndi-Gorus marşrutu ilə sərnişin daşımalarının başlanmasının elan edilməsi olub.
Yeri gəlmişkən bildirək ki, bu məsələ Qarabağda yaşayan və bu marşrutdan istifadə edən erməni azlığının Azərbaycan sərhədçiləri tərəfindən yoxlanılması ərəfəsində müzakirə olunur ki, Vardanyan da buna etiraz edir.
Onun fikrincə, belə bir reysin açılması separatçıların özləri tərəfindən elan edilmiş “qırmızı xətti” keçməsi deməkdir.
Qəzetin yazdığına görə, Arayik Arutyunyan konkret olaraq kimin belə bir qərar verdiyini açıqlamadan Vardanyanın suallarından yayınıb.
Xəbərdə bildirilir ki, Ruben Vardanyanın komandasının üzvləri yaxın günlərdə öz planlarını elan edəcəklər.
Sevinc Paşayeva,
KONKRET.az
