“Ruben Vardanyan sona qədər mübarizə aparmaq istəsə də, Əliyevin tələbi ilə uzaqlaşdırılıb”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində erməni politoloq Artur Xaçikyan deyib.
“Daxil olan məlumata görə, Ruben Vardanyan sona qədər mübarizə aparmaq istəsə də, Əliyevin tələbi ilə o, uzaqlaşdırılıb.
Vardanyanı “vəzifə”sindən uzaqlaşdıranlar güzəştə getməyə hazırdırlar.
Bilmirəm necə olacaq. Qarabağın öz müqəddəratını təyinetmə olmayacaq, bunu Əliyev bildirib. Azərbaycanlılar bizə nifrət edirlər.
Onlar Qərbi Ermənistandakı türklər kimi Qarabağ xalqının məsələsini həll etmək fürsətini əldən verməyəcəklər. Ermənilərin bir hissəsi didərgin düşəcək, bir hissəsi isə məhv olacaq.
Biz bilməliyik ki, Qərbin verdiyi təhlükəsizlik zəmanətləri nədir. Bunun nə demək olduğunu sizə diaspor erməniləri deyəcək ”, – deyə Xaçikyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
